ELAZ.İNFO xəbər verir ki, Beşiktaşın Məhəmməd Salahı heyətinə qatmaq cəhdlərində həlledici mərhələyə qədəm qoyulub.
“Ağ-qaralar”ın rəhbərliyi misirli ulduz futbolçuya son təklifini təqdim edib.Danışıqlarda əsas müzakirə mövzularını isə imic hüquqları və forma satışından əldə ediləcək gəlirdən pay məsələsi təşkil edir. Tərəflərin yaxın vaxtlarda yekun qərara gəlməsi gözlənilir.
Uzun müddətdir Beşiktaşın gündəmində olan Məhəmməd Salahın transferində kritik mərhələyə çatılıb. Məlumata görə, “Ağ-qaralar”ın rəhbərliyi misirli ulduz üçün son təklifini çatdırıb və hazırda futbolçunun tərəfindən gələcək cavabı gözləyir.
Sənan Altay


