Görün, bizim nazirimiz necə gözəl danışır!

Görün, bizim nazirimiz necə gözəl danışır!

ELAZ.İNFO

İllərdir təcrübəsindən ağızdolusu danışdığımız Yaponiya ilə bizdə bir şagirdə verilən dəyər və aşağıda qeyd edəcəyim hadisədə öz fərqini göstərir!

Yaponiyanın Hokkaydo adasında yerləşən Kyu-Şirataki qatar stansiyası illərlə yalnız bir şagirdin istifadəsi üçün açıq qalıb. Bu hadisə Yaponiyanın təhsilə və insanlara verdiyi önəmi göstərən ən diqqətçəkici nümunələrdən biri kimi tarixə düşüb.

1947-ci ildə istifadəyə verilən stansiya illər keçdikcə istifadəçi sayının azalması səbəbilə bağlanmaq üzrə olub. 2015-ci ildə qatar şirkəti stansiyanın bağlanacağını elan etsə də, Kana Harada adlı lisey şagirdinin hər gün bu stansiyadan istifadə etdiyi məlum olub.

Harada hər səhər 35 kilometr uzaqdakı məktəbinə getmək üçün stansiyadan qatara minirmiş. Buna görə də şirkət onun məzuniyyətinə qədər stansiyanı açıq saxlamağa qərar verib. Bir il boyunca qatarlar yalnız Haradanın dərs saatlarına uyğun olaraq stansiyada dayanıb.

Nəhayət, 2016-cı ilin mart ayında Kana Harada məzun olub və həmin gün Kyu-Şirataki stansiyası 69 illik fəaliyyətinə son qoyub.

Bu hadisə Yaponiyada və sosial şəbəkədə geniş marağa səbəb olub. İnsanlar dövlətin və cəmiyyətin bir gəncin təhsili üçün göstərdiyi fədakarlığı hörmət və heyrətlə qarşılayıb.

Yalnız iki qatarlıq xüsusi cədvəl ilə fəaliyyət göstərən bu stansiya, bir insan üçün belə sistemin necə işlədiyini sübut edən nadir nümunələrdən biri kimi yadda qalıb.

Bəs bizim nazirimiz nə danışır?

Roman Tağıyev

Bizi izləyin və paylaşın