Gəncə-Daşkəsəndə vakant vəzifələrə işə qəbul: Namizədlərin test mərhələsi baş tutub

Gəncə-Daşkəsəndə vakant vəzifələrə işə qəbul: Namizədlərin test mərhələsi baş tutub

Təhsil sahəsində şəffaflığın təmin edilməsi və regional idarələrin kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən işə qəbul prosesi uğurla davam etdirilir. Regional bölmələrdə idarəetmənin və maliyyə nəzarətinin təkmilləşdirilməsi üçün təşkil olunan imtahanlar namizədlərin peşəkarlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirməyə imkan verir.

ELAZ.İNFO xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində vakant olan mühasib və təsərrüfat qrupu rəhbəri vəzifələrinə işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib. Keçirilən test mərhələsində namizədlərə mühasibat uçotu, maliyyə qanunvericiliyi, informasiya-kommunikasiya texnologiyaları (İKT), məntiq və ümumi dünyagörüşünü əhatə edən 30 sual təqdim olunub. Şəffaf mühitdə təşkil edilən imtahan başa çatdıqdan dərhal sonra namizədlərin topladığı nəticələr onlara yerindəcə təqdim edilib.

Bu mərhələni uğurla başa vuran və lazımi keçid balını toplayan iddiaçılar müsabiqənin növbəti mərhələsi olan müsahibəyə vəsiqə qazanacaqlar. Müsahibənin keçirilmə vaxtı və yeri barədə namizədlərə yaxın günlərdə əlavə məlumat veriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın