Fridrix NİTSŞE:- “DÖVLƏTSİZ DİN, DİNSİZ DÖVLƏT YOXDUR”

Nitsşenin ideyaları adi dünyagörüşlərini alt-üst edir və bu səbəbdən də diqqətə layiqdir.

***

Sizcə insanın həqiqəti nədir? Həqiqət budur ki, insanların azğınlığı danılmazdır. Çünki həqiqət axtarışı cavabsız suallara vaxt itirməkdən başqa bir şey deyil.

***

Zəhmət insanın haqqa inamını, müxtəlif dini instinktləri öldürür. “Zəhmətkeş” insanın dinə vaxtı olmur.

***

Əslində insan iki hissədən ibarət məxluqdur. Birincisi zəif və yazıqdır, onu insan adlandırmaq olar. İkincisi – çox güclü və qeyri-adi – Allahdır.

İnsan özünün ən böyük və güclü cəhətini Allah kimi tanıyaraq özünə sitayiş etməyə başladı. Bu yolla insan özünü məhv etdi. Ona görə də demək olar ki, dinlər insan şəxsiyyətinin təhrifindən başqa bir şey deyil.

***

Bütün dinlər qədim insanların təbiətdən və özlərindən qorxmasının məhsuludur. Dinlər insanların boşluq, qorxu, özünə şübhə kimi ehtiyaclarını ödəmək üçün lazımdır. Dinlər kütlələri sakitləşdirmək, onlara yaranan aclıq, müharibə və digər bəlalardan səbir, əxlaq və iman bəxş etmək üçün yenidən ortaya çıxır. Bu hökmdarlar üçün də belədir.

Din həmişə hökumətlər tərəfindən dəstəklənib və təşviq edilib. Bu mənada dövlət və din maraqları çox uyğundur. Dövlətsiz din, dinsiz dövlət ola bilməz.

 

Çevirən: Yusuf Rasul- İSVEÇ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir