Əməkhaqqı artıb, qiymətlər də yüksəlib: Rəsmi statistikanın son göstəriciləri

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.
Eyni zamanda, qiymət artımı da davam edib. Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 6,8 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,4 faiz olub.
Günel GÜNTAC
110




