DÖYÜLƏNİ  DÖYMƏK…!?

Bir gecə Molla Nəsrəddinin evinə oğru girir və əlinə keçən hər nə varsa silib-süpürüb aparır. Bunu eşidən qohum-qonşular tökülüşüb gəlirlər və hamısı başlayr Mollanı danlamağa ki, gərək ayıq-sayıq olaydın…, gərək qapını yaxşı qıfıllayaydın…,gərək qapıya it bağlayaydın… və s. və il axır. Nəhayət Mollanın səbri tükənir və üzünü onlara tutub deyir: – Ay camaat! Elə hamı məni günahkar bilir, bəs bu oğru köpəyoğlunun heç bir günahı yoxdur?!

ABŞ neçə illərdir ki, Əfqanıstanda, İrakda, Liviyada, Misirdə, Suriyada hər şeyi çapıb-talayır, silib – süpürür! İndi də Ukrayna böhranı! ABŞ-ın münaqişəyə yanaşması doğrudurmu, demokratikdirmi, Beynəlxalq qanunlara uyğundurmu!? Əsla yox! Bu, döyüləni döymək deyilmi?! Bütün Qərb dövlətləri isə, əzilən ölkələri günahlandırır və məzəmmət edirdilər. Deyəsən, indi, öz başlarına “qapaz” dəyərkən, oyanırlar? Bəlkə,  kim isə soruşsun: -Ay Qərb liderləri! Bu qədər fəlakətlərdə ABŞ-ın heç bir günahı yoxdur?!

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir