Dövlət büdcəsinin təsnifatında dəyişiklik: Yeni sistem 2028-ci ildən tətbiq olunacaq


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda dövlət büdcəsinin xərclərinin funksional və inzibati təsnifatına yeni yanaşma gətirilir. Bununla bağlı Nazirlər Kabinetinin qərarı qəbul edilib.
Yeni təsnifatın büdcə vəsaitlərinin idarə olunması, hesabatlılıq və maliyyə planlaşdırmasının təkmilləşdirilməsi məqsədi daşıdığı açıqlanıb. Sistem 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək, 2027-ci il büdcəsinin hazırlanması zamanı isə sınaq rejimində tətbiq ediləcək.
Günel GÜNTAC
36





