Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü

05.10.2026

ELAZ.İNFO xəbər verir ki, Bakının Xətai rayonunda gecə saatlarında baş verən ağır hadisə ərazidə ciddi narahatlıq yaradıb. 18 yaşlı gənc məktəbin qarşısında bıçaqlanaraq həyatını itirib.

Hadisənin ötən gün axşam saatlarında 56 nömrəli məktəbin qarşısında baş verdiyi bildirilir. İlkin məlumata görə, gənc aldığı bıçaq xəsarətləri nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. TƏBİB-in məlumatına əsasən, saat 21:25-də Xətai rayonundan çağırış daxil olub və briqada hadisə yerinə göndərilib. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, gəncin kim tərəfindən və hansı şəraitdə öldürüldüyü barədə əlavə məlumat hələ açıqlanmayıb. Faktla bağlı araşdırmanın nəticəsində hadisənin digər detalları müəyyənləşdiriləcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁17
Teqlər: