ELAZ.İNFO xəbər verir ki, Bakıda keçirilən Azərbaycan Açıq Yelkən Çempionatı bu gün başa çatır.
Yarış Şıx çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində təşkil olunur. Çempionatda Azərbaycanla yanaşı, Türkiyədən də 10 idmançı Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır.
İki gün davam edən yarışın nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi 14 sentyabr saat 18:00-da keçiriləcək. İdmançılara diplom və medallar təqdim olunacaq.
Yarışın keçirilməsi Azərbaycanda yelkən idmanının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir.
İslam MAHMUDOV


