Astarada faciəli qəza: 60 yaşlı sürücü həyatını itirdi

06.10.2026

ELAZ.İNFO xəbər verir ki, Astaranın Hamuşam kəndində baş verən yol qəzası bir nəfərin həyatına son qoyub.

Hadisə kənd ərazisində torpaq yolda qeydə alınıb. 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Avtomobil yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim kimi çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəblərinin araşdırmanın nəticəsində müəyyənləşdirilməsi gözlənilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁18
Teqlər: