ELAZ.İNFO xəbər verir ki, İllərdir cəmiyyətdə səsləndirilən “kişilər gec yetkinləşir” deyimi elmi tədqiqatlarla yenidən müzakirə mövzusuna çevrilib.
“Nature Communications” jurnalında dərc olunan yeni bir araşdırmaya əsasən kişi beynində qərar qəbuletmə, impuls nəzarəti və risk qiymətləndirməsindən məsul olan bölgələrin inkişafının orta hesabla 32 yaşa qədər davam etdiyini ortaya qoyub.
İnsan inkişafının yalnız boy artımı və hormonal dəyişikliklərlə məhdudlaşmadığını bildirən Nevrologiya şöbəsindən mütəxəssis Dr. Oğuzhan Onultan, “Nevrologiya sahəsində aparılan son tədqiqatlar beynin yetkinlik dövründə inkişaf etməyə və yenidən qurulmağa davam etdiyini ortaya qoyub. Xüsusilə, planlaşdırma, məntiqi qərar qəbuletmə, impuls nəzarəti və sosial davranışların idarə olunmasından məsul olan beyin bölgələrinin yetkinləşmə prosesi fiziki inkişafdan daha uzun çəkə bilər” deyə qeyd etdi.
Onultan bildirib ki, “Elmi ictimaiyyətdə geniş yayılmış və “Nature Communications” jurnalında dərc olunmuş yeni bir araşdırma bu faktı dəstəkləyən vacib tədqiqatlardan biridir. Tədqiqatda kişi beyninin struktur inkişafı və neyron şəbəkələrinin yenidən təşkili prosesinin orta hesabla 32 yaşa qədər davam etdiyi bildirilir. Bu tapıntıların uzun müddətdir mövcud olan “kişilərin gec yetkinləşməsi” anlayışının bioloji əsasını anlamağa töhfə verdiyi düşünülür”.
Aydan


