Afrika QHT-ləri WUF13-də fəal iştiraka dəvət edilib

II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində 2026-cı il aprelin 10-da “Gənclər mənzil ekosisteminin mərkəzində” mövzusunda yan tədbir keçirilib. Tədbirdə qlobal şəhər gündəliyində gənclərin rolu ilə bağlı məsələlər müzakirə olunub.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva tədbirin açılışında “WUF13: vətəndaş cəmiyyətinin səsi” mövzusunda çıxış edib. O, II Afrika Şəhərsalma Forumunun (AUF2) iştirakçılarına WUF13 barədə məlumat verib, onları bu qlobal tədbirdə fəal iştiraka dəvət edib.

Yan tədbirə Keniya Prezidentinin qızı, “SMACHS” Fondunun təsisçisi və rəhbəri Şarlen Ruto (Charlene Ruto) da qatılıb.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights