ELAZ.İNFO xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırıb.
Fed-in qərarı ilə əsas faiz dərəcəsi 3,75–4 faiz aralığına yüksəlib. Bu, 2023-cü ilin iyulundan sonra ABŞ-da ilk faiz artımıdır.
Qərarın əsas səbəblərindən biri inflyasiya təzyiqlərinin davam etməsidir.
Faizlərin yüksəldilməsi ABŞ-da kredit, ipoteka və digər borclanma xərclərinə təsir göstərə bilər. Qərarın dünya maliyyə bazarlarında da əks-səda yaratması gözlənilir.
İnvestorların diqqəti bundan sonra Fed-in növbəti iclaslarında hansı istiqamətdə qərar verəcəyinə yönələcək.
Günel GÜNTAC


