Azərbaycanın 2027-ci il büdcəsi

Azərbaycanın 2027-ci il büdcəsi: rəqəmlər açıqlandı – əsas pullar hara gedəcək?

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın 2027-ci il dövlət büdcəsinin əsas parametrləri açıqlanıb.

Gələn ilin dövlət büdcəsinin gəlirlərinin 42 milyard manatdan çox olacağı gözlənilir. Büdcə kəsirinin maliyyələşdirilməsində isə borclanma əsas mənbələrdən biri olacaq.

Məlumata görə, kəsirin 86,9 faizinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Növbəti ilin büdcəsində neftin qiyməti isə bir barrel üçün 65 dollar səviyyəsində götürülüb.

Bununla yanaşı, hökumət 2027-ci ildə iqtisadi artımın 3 faizə yaxın olacağını proqnozlaşdırır.

Beləliklə, qarşıdakı ilin maliyyə planında əsas diqqət həm gəlirlərin formalaşdırılmasına, həm də dövlət xərclərinin prioritet istiqamətlər üzrə bölüşdürülməsinə yönələcək.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın