ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda gələn il səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsait artırılacaq.
2027-ci ildə səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə təxminən 3 faizlik artım deməkdir.
Büdcə layihəsində səhiyyənin maliyyələşdirilməsi ilə yanaşı, sosial müdafiə və digər sosial istiqamətlər üzrə xərclərin də artırılması planlaşdırılır.
Yeni rəqəmlər dövlətin növbəti il üçün sosial xərclər üzrə prioritetlərini də ortaya qoyur.
İlahə BAYINDIR


