Prezident İlham Əliyev Bakıda Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüş keçirib.

ELAZ.İNFO xəbər verir ki, bu barədə dövlət başçısı özünün sosial şəbəkə hesablarında paylaşım edib.Prezident İlham Əliyev paylaşımında 20 ildən artıq davam edən dostluq münasibətlərinə və iki ölkə arasındakı əlaqələrə diqqət çəkib:

“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.”

Dövlət başçısı eyni zamanda görüş zamanı əlamətdar bir hadisənin baş verdiyini bildirib. Belə ki, görüş çərçivəsində Ukraynanın Azərbaycandakı səfiri tərəfindən Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın