ELAZİNFO xəbər verir ki, 2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də baş verəcək və astronomik hadisəni Azərbaycandan da müşahidə etmək mümkün olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma zamanı Ayın Yer ətrafındakı hərəkəti ilə bağlı maraqlı astronomik proses müşahidə olunacaq.
Ay tutulması zamanı Yer Günəşlə Ayın arasına daxil olur və planetimizin kölgəsi Ayın səthinə düşür.
Hadisə astronomiya həvəskarları üçün maraqlı müşahidə imkanlarından biri olacaq.
İslam MAHMUDOV


