ELAZ.İNFO xəbər verir ki, 2026–2027-ci tədris ili ilə əlaqədar şagirdlərin məktəblər arasında elektron yerdəyişməsi ilə bağlı yeni tarix açıqlanıb.
Məlumata görə, proses 20 avqust saat 15:00-dan etibarən aktivləşdiriləcək. Elektron yerdəyişmə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Valideynlər və digər qanuni nümayəndələr şagirdin yerdəyişməsi ilə bağlı müraciəti elektron sistem üzərindən həyata keçirə biləcəklər. Bunun üçün sy.edu.az portalından istifadə olunacaq.
Yeni mexanizmin əsas məqsədi şagirdlərin bir ümumi təhsil müəssisəsindən digərinə keçirilməsi prosesinin elektron formada aparılmasını təmin etməkdir.
Günel GÜNTAC


