Azərbaycan qaz ixracını artırdı

Azərbaycan qaz ixracını artırdı – Yeni rəqəmlər açıqlandı

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın xarici enerji ticarətində təbii qazın ixracı üzrə yeni göstəricilər açıqlanıb.

2026-cı ilin yanvar-iyul aylarında ölkədən xarici bazarlara 14 milyard 427,7 milyon kubmetr təbii qaz göndərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 0,1 faiz artım deməkdir.

Bununla yanaşı, ixrac olunan qazın ümumi dəyərində azalma qeydə alınıb. Hesabat dövründə təbii qaz ixracından əldə olunan gəlir 4 milyard 882,4 milyon dollar təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azdır.

Beləliklə, ilin ilk yeddi ayında Azərbaycanın qaz ixracında həcm baxımından cüzi artım, dəyər baxımından isə azalma müşahidə olunub.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın