Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib

ELAZ.İNFO xəbər verir ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya Federasiyasından deportasiya olunub.

Məlumata görə, bir müddət miqrantların müvəqqəti saxlanma məntəqəsində olan Həsənov daha sonra hava limanına aparılıb və Rusiyadan çıxarılıb.

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ötən il ləğv edilib. O, 2026-cı ilin iyununda hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi.

Son deportasiya qərarı ilə Həsənovun Rusiyadakı fəaliyyəti ilə bağlı proses yeni mərhələyə keçib.

ELAZİNFO

Bizi izləyin və paylaşın