Yaxın Şərqdə gərginliyi artıran növbəti addım atılıb.
ELAZ.İNFO xəbər verir ki, Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiyini bəyan edib.
Məlumata görə, bu addım Səudiyyə Ərəbistanının illərdir Yəmənə qarşı tətbiq etdiyi uçuş blokadasına və aparılan hərbi əməliyyatlara cavab olaraq həyata keçirilir. Elan olunan blokada nəticəsində Bab əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanının neft ixracının dayandırıldığı bildirilir.
Qeyd olunur ki, Yəmən əhalisi silahlı qüvvələrin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz blokadası qərarını sevinclə qarşılayıb.
Ruslan Məmmədov


