ABŞ-da Netenyahuya etimad itir?

ABŞ-da Netenyahuya etimad itir?

ABŞ-da Respublikaçılar Partiyasında “İsrailə qarşı getdikcə daha çox mənfi münasibət” formalaşdığı iddia edilir. Nəticədə Netanyahunun “ciddi problem” ilə üzləşəcəyi bildirilirdi.

ELAZ.İNFO xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər portalı tərəfindən dərc edilən bir hesabatda Vaşinqton və Təl-Əviv arasındakı münasibətlərin pisləşdiyi və bunun səbəbinin İsrail ordusunun Qəzzaya etdiyi ağır hücumlar olduğu iddia edilir.

Hesabatda deyilirdi: “İsrail ordusunun Qəzzanı yerlə bir etməsi ilə bir çox respublikaçı, xüsusən də gənc respublikaçılar İsrailə arxa çevirdi. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibəyə son qoymağa çalışan prezident Donald Tramp və onun komandası ilə toqquşdu”.

Hesabatda Netanyahunun əvvəllər eyni səbəbdən ABŞ-da demokratların dəstəyini itirdiyi xatırladılır və belə nəticəyə gəlinir:

“İndi getdikcə daha çox respublikaçı ona və ölkəsinə qarşı mənfi münasibət göstərir”.

Məqalədə qeyd olunur ki, həm Netanyahu, həm də İsrail son 15 ildə azalan Demokrat dəstəyini Respublikaçılara yaxınlaşmaqla kompensasiya ediblər, lakin Respublikaçıların dəstəyi artıq təmin edilməzsə, “ciddi problem” ilə üzləşəcəklər.

TRAMP NETANYAHUNU TƏNQİD ETMİŞDİ

Məqalədə Trampın əvvəllər Netanyahunu “dəli” adlandırdığı və onun hərəkətlərinin “İsraili qlobal miqyasda daha da təcrid etmək riski daşıdığını” irəli sürdüyü vurğulanır. Həmçinin ABŞ prezidentinin “ehtimal olunan varisi” hesab edilən vitse-prezident JD Vance-in İran sazişinə qarşı çıxan İsrail rəsmilərini tənqid etdiyi xatırladılır.

Pew Araşdırma Mərkəzinin aprel ayında keçirdiyi sorğuya görə, ABŞ-da 50 yaşdan yuxarı hər on respublikaçı seçicidən dördü İsrailə mənfi baxır və bu rəqəm 18-49 yaş arası respublikaçılar arasında 57 faizə çatır.

Bu ay Quinnipiac Universitetinin keçirdiyi sorğu nəticəsində respublikaçıların beşdə biri ABŞ-ın İsrailə həddindən artıq dəstək verdiyinə inanır ki, bu da üç il əvvəlki rəqəmdən üç dəfə çoxdur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın