Zəngin səs diapazonu, klassik muğam ifaçılığı məktəbinə sadiqliyi və səhnə ustalığını nümayiş etdirən ən yaddaqalan obrazları ilə yaddaşlarda əbədi yer tutan Qəndab Quliyeva. Səhnəmizin əvəzsiz Leylisi, Əslisi, Şahsənəmi, Gülbaharı…
ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Qəndab Quliyevanın vəfatından 9 il ötür.
Qəndab Quliyeva 10 avqust 1949-cu ildə Ağdam rayonunun Dilağarda kəndində anadan olub. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən sənətkar sonralar Azərbaycan muğam məktəbinin tanınmış xanəndələrindən birinə çevrilib.
O, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışaraq muğam operalarında yaddaqalan obrazlar yaradıb. Onun ifasında səslənən muğamlar, xalq və bəstəkar mahnıları dinləyicilərin yaddaşında silinməz iz qoyub.
Sənətkar milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist”, daha sonra isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Qəndab Quliyeva 26 iyun 2017-ci ildə vəfat edib.
Azərbaycan musiqi mədəniyyətinin dəyərli simalarından biri olan Qəndab Quliyevanın əziz xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.
Günel GÜNTAC
