Azərbaycanın beynəlxalq parlament platformalarında fəallığının artması və İslam dünyası ölkələri ilə ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər çərçivəsində xarici nümayəndə heyətləri ilə səmərəli əlaqələrin qurulması diqqət mərkəzindədir.
ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Millət Şurasının deputatı Boudjerra Soltaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində tərəflər arasında olduqca səmərəli dialoq mühiti formalaşıb. Müzakirələr zamanı Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin regional və beynəlxalq səviyyədə tərəfdaşlığa müsbət töhfə verəcəyi xüsusi vurğulanıb.
Ruslan MƏMMƏDOV
