Hazırda biz İslam tarixi ilə Məhərrəm ayındayıq və bu ay Kərbəla Şəhidlərinin xatirəsinə “Məhərrəmlik” adlanır. Məhərrəmlik bizim ölkəmizdə də geniş şəkildə qeyd olunur. Məhərrəmlikdə xüsusilə şiə müsəlmanları göstərişli şəkildə matəm mərasimləri keçirirlər. Bu göstəriş isə bəzən xalq arasında narazılıq hissləri də yaradır.
ELAZ.İNFO xəbər verir ki, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov özünün sosial şəbəkə hesabında yazır ki, “Bizim matəm müsiqimiz İranın matam musiqisindən (olsun mərsiyə və s.) daha mükəmməldir. Niyə mən sabaha qədər İran musiqisinə qulaq asmalıyam ki? Məscid 50 m. məsafədədir. Yaxşı, bu gecə yatmaq yoxdur, anladıq, amma öz matəm müsiqimizi səsləndirin də”.
Bu yəqin ki, bir nəfərin etirazı deyil və bu etirazlar nəzərə alınmalıdır. Məsələni aidiyyatı orqanlar nəzarət altında saxlamalıdır.
İlahə BAYINDIR
