Ermənilərin özləri haqqda uydurduqları böyük miflərin arasında gizlədilən həqiqətlərin reallığı nə qədər saxtalaşdırılmağa cəhd edilsə də, özünü göstərir.
Bununla bağlı ELAZ.İNFO-ya danışan tarixçi Elmar Həsənli deyir ki, “Voroşil Qukasyanın “Qafqaz Albaniyası” kitabında diqqət çəkən bir məqam var. Qukasyan kitabının (Qafqaz Albaniyası. Çapar yayınları. 2023, səh .41-də ) yazır:
-“İndiyədək lazımi diqqət yetirilməmiş çox vacib bir tarixi-dilçilik amilini xüsusi göstərmək gərəkdir. Bu, türklər arasında xaçpərəstliyin yayılması, albanların İncili savirlərin dilinə çevirməsidir”. Bu fakt çox qiymətli faktdır.
Qukasyan Alban dilinin udinlərin dili olduğunu qeyd edir. Amma udin adlandırdığımız etnik azlıq özünə özünü kuştin adlandırır. Digər bir məsələ ” uti ” adlı xalqın adı tarixşünaslıqda təhrif edilərək ” udin ” kimi oxunur. Bu coğrafiyada Utilərlə bağlı xeyli sayda toponimlər var.Azərbaycanın bəzi bölgələrində Udulu adlı kənd də var. Amma udinlərlə bağlı toponim yoxdur”.
Elmar Həsənli vurğulayır ki, “İncilin udincəyə çevrilməsi 1780-ci illərdən sonradı .Dörd incilin tam olaraq udin dilinin nic ləhcəsinə çevrilməsi 2000-ci ildə olub. Bu yazıdan sonra isə həqiqəti ayırd etmək sizlikdi”.
İlahə BAYINDIR
