Qlobal kosmik rəqabətdə və texnoloji innovasiyalarda liderliyini qoruyan ölkələr yeni nəsil layihələrlə diqqət mərkəzindədir. Dünyanın aparıcı elm və texnologiya mərkəzlərində həyata keçirilən kosmik buraxılışlar gələcəyin rəqəmsal infrastrukturunun formalaşdırılmasına xidmət edir.
ELAZ.İNFO xəbər verir ki, Çin çərşənbə axşamı günü Hainan əyalətində yerləşən Vençan kosmik start meydançasından yeni sınaq rabitə peykini uğurla kosmosa göndərib. Faydalı yükü nəzərdə tutulan orbitə modifikasiya olunmuş “Long March-7” daşıyıcı raketi uğurla çatdırıb.
Məlumata görə, orbitə buraxılan bu yeni peyk rabitə sistemlərinin, yayım və televiziya xidmətlərinin sınaqdan keçirilməsi, həmçinin məlumatların ötürülməsi və bununla bağlı olan qabaqcıl texnologiyaların yoxlanılması məqsədilə istifadə olunacaq.
Ruslan MƏMMƏDOV
