Azərbaycanlı deputat komitənin məruzəçisi seçilib

Azərbaycanın beynəlxalq parlament diplomatiyasındakı rolu və qlobal təşəbbüslərə verdiyi töhfələr genişlənməkdə davam edir. Paytaxt Bakı şəhəri növbəti dəfə İslam dünyasının mühüm iqtisadi və ekoloji məsələlərinin müzakirə olunduğu mötəbər platformaya ev sahibliyi edib.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində İqtisadi Məsələlər və Ətraf Mühit üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclası keçirilib.

Mötəbər tədbirdə Milli Məclisin deputatları Tahir Mirkişili (iclasın sədri) və Fatma Yıldırım da daxil olmaqla, nümayəndə heyətləri fəal iştirak ediblər. İclas çərçivəsində İƏT ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, iqtisadi institutların dəstəklənməsi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf, eləcə də iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində birgə tərəfdaşlığın təşviqi kimi qlobal və regional əhəmiyyətli məsələlər geniş müzakirə edilib.

Sessiyanın Azərbaycan üçün ən mühüm nəticələrindən biri isə iclasda İqtisadi Məsələlər və Ətraf Mühit üzrə İxtisaslaşmış Daimi Komitənin növbəti məruzəçisinin seçilməsi olub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın