“Təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır”

Ölkədə ali təhsilin maliyyələşməsi və təhsil haqqı qiymətlərinin tədrisin səviyyəsinə təsiri məsələsi yenidən gündəmə gəlib. Bu istiqamətdə tətbiq olunan tariflər və onların yarada biləcəyi çətinliklər rəsmi səviyyədə təhlil olunub.

ELAZ.İNFO xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev təhsil haqları ilə bağlı diqqət çəkən açıqlama verib.

Nazirin sözlərinə görə, təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir: “Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın