Avropanı qızmar istilər qoynuna alıb; Fransada ən azı 18 nəfər ölüb
Fransanın cənub-şərqindəki Karpentrasda prokurorlar 2 və 4 yaşlı iki uşağın evlərinin qarşısında anaları tərəfindən ailə avtomobillərində huşsuz vəziyyətdə tapıldığını açıqladılar. Təcili yardım işçilərinin səylərinə baxmayaraq, uşaqları xilas etmək mümkün olmayıb.
ELAZ.İNFO xəbər verir ki, Reuters Climate Monitor-un məlumatlarına görə, Bordo bölgəsində 80-95 yaşları arasında olan üç yaşlı insanın həftə sonu isti dalğası ilə əlaqəli sağlamlıq problemləri səbəbindən öldüyü bildirilir.
Fransa Mülki Təhlükəsizlik Nazirliyinin sözçüsü Jerom Bulanger bazar günü ilə bazar ertəsi arasında 13 boğulma hadisəsi barədə məlumat verildikdən sonra “Yalnız nəzarət altında olan ərazilərdə üzün” deyə xəbərdarlıq etdi.
Keçən il Fransada isti dalğalarından kömək istəyən insanların sayının artması səbəbindən boğulma ölümlərində 172% artım müşahidə edildi.
Fransanın qərbindəki şərab istehsal edən bölgə olan Bordoda temperatur 41,9 dərəcə Selsiyə yüksəldi və bu, ötən avqust ayında qeydə alınan rekordu keçdi. Ölkənin mərkəzi hissəsindəki Puatyedə temperatur 1947-ci ildəki əvvəlki rekordu keçərək 41,2 dərəcə Selsiyə çatıb.
AVROPA QLOBAL ORTA SƏVİYYƏDƏN İKİ DƏFƏDƏN ÇOX SÜRƏTLƏ İSTİLƏNİR
Reuters Climate Monitor məlumatlarına görə, İspaniyanın adətən daha sərin şimalında yerləşən San Sebastianda temperaturun 40 dərəcə selsiyə çatıb ki, bu da şəhərin 22 iyun tarixi orta göstəricisindən iki dəfədən çoxdur. Məlumatlar göstərir ki, bazar ertəsi günü Avropa tarixi temperatur normalarından ən çox uzaqda olan qitə olub. Ümumdünya Meteorologiya Təşkilatının aprel ayında dərc etdiyi hesabata görə, Avropa qlobal orta göstəricidən iki dəfədən çox sürətlə istiləşir.
“OMEQA BLOKADASI”
Avropanın böyük hissələrinə təsir edən istilik dalğası yunan hərfi olan omeqaya bənzədiyi üçün “Omeqa Blokasiyası” adlanır. Ekstremal hava hadisələrini və iqlimi araşdıran İmperial Kollecinin London tədqiqatçısı Kler Barns sistemin mərkəzdə isti hava kütləsi və hər iki tərəfində daha soyuq hava olduğunu bildirib.
“Şimali Afrikadan, Saharadan isti hava çəkir. Buna görə də biz belə güclü istiliyi yaşayırıq. Çox yavaş hərəkət edir; bu o deməkdir ki, külək və ya sərinləşdirici meh yoxdur”, – deyə Barns bildirib.
Barns qeyd edib ki, iqlim dəyişikliyi ilə istilik dalğaları və fırtınalar güclənir, temperatur daha da yüksəlir və yağıntılar artır.ş
İlahə BAYINDIR
