ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki bütün münaqişələrin dayandırılmasını tələb edib.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ sülhə sadiqdir və Yaxın Şərqdəki bütün münaqişə cəbhələrində, o cümlədən Livan, Hizbullah və İsrail arasında tam atəşkəsin bərqərar olunmasını gözləyir.
O, paylaşımında yazıb: «Birləşmiş Ştatlar sülhə sadiqdir və biz regiondakı hər kəsi danışıqlarımızın mümkün olan ən yaxşı şəkildə irəliləməsi üçün öz öhdəliklərinə sadiq qalmağa təşviq edirik.»
Prezıdent qeyd edıb: “maliyyə bazarları neft qiymətlərinin azalması və birja indekslərinin artımını müsbət qarşılayıb”.
O əlavə edib: «Biz bütün cəbhələrdə, o cümlədən Livan, Hizbullah və İsrail daxil olmaqla tam atəşkəs gözləyirik.»
Aydan
