164 nəfər saxlanıldı

ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevə istinadən bildirir ki, “Ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub”.

Elşad Hacıyev bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 193, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”.

E.Hacıyev qeyd edir ki, “Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın