Azərbaycan XİN rəhbəri dünya iqtisadi liderləri ilə görüşdə iştirak edib

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib.

Tədbirə müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, eləcə də beynəlxalq iqtisadi dairələrin təmsilçiləri qatılıb.

Görüşdə ölkələr arasında iqtisadi əlaqələr, qlobal gündəmdə olan məsələlər və beynəlxalq əməkdaşlığın gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁16
Teqlər: