Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan və Latviya arasındakı əlaqələrin yeni inkişaf perspektivlərini ortaya qoyub.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında baş tutan müzakirələr iki ölkə arasındakı tərəfdaşlığın daha dinamik mərhələyə keçdiyini təsdiqləyir.
Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şəbnəm Qumuxova mövzu ilə bağlı hazırladığı məqalədə bildirir ki, bu səfər yalnız siyasi dialoq deyil, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret nəticələrə hədəflənib. akıda keçirilən Azərbaycan-Latviya biznes-forumu iş adamları arasında birbaşa təmasların qurulması üçün mühüm platformadır. İki ölkə arasında birbaşa uçuşların təşkili məsələsi müzakirə edilib ki, bu da turizm və biznesin inkişafına birbaşa təkan verəcək. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası gələcək qarşılıqlı sərmayələr üçün yol xəritəsini müəyyən edib.
Təhsil sahəsindəki əməkdaşlıq da yüksək qiymətləndirilib. Hazırda Latviyada 450-dən çox azərbaycanlı tələbənin təhsil alması xalqlararası münasibətlərin dərinliyindən xəbər verir. Səfər zamanı Prezident İlham Əliyev həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi barədə həmkarını məlumatlandırıb. Vurğulanıb ki, regionda sülh və sabitlik beynəlxalq hüquq prinsipləri əsasında təmin edilməlidir.
Sonda imzalanan sənədlər iki ölkə arasındakı Strateji Tərəfdaşlıq Bəyannaməsinin ruhuna uyğun olaraq əlaqələrin davamlı inkişafına xidmət edəcək.
Ruslan Məmmədov
