XI Qızıl Ordunu kim çağırdı? Moskvaya kim teleqram vurdu?
İşğalçı XI qırmızı ordunu Azərbaycana formal olaraq dəvət edən həmin o məşum teleqramı sizə təqdim edirik. (halbukı ordu artıq Azərbaycana soxulmuşdu).
“Moskva.Leninə.
Bakı şəhərinin inqilabçı proletariatın və Azərbaycanın zəhmətkeş kəndlilərinin iradəsi ilə hakimiyyətə gəlmiş Müstəqil Azərbaycan Şura Cümhuriyyətinin Müvəqqəti Hərbi-İnqilab Komitəsi, köhnə müsavatçı hökuməti vətən xaini və ölkənin müstəqilliyinin düşməni elan edərək, Antanta və Sovet Rusiyasının digər düşmənləri ilə hər cür münasibəti kəsir. Xarici və daxili əks-inqilabın birləşmiş dəstələrinin hücumunun qarşısını öz qüvvələri ilə almaq imkanına malik olmayan Azərbaycanın Hərbi-İnqilab Komitəsi Rusiya Sovet Respublikası hökumətinə dünya imperializminə qarşı birgə mübarizə üçün qardaşlıq ittifaqına daxil olmağı təklif edir və Qırmızı Ordu hissələrini göndərməklə təcili olaraq real köməklik göstərilməsini xahiş edir.”
Azərbaycan Şura Cümhuriyyətinin Hərbi-İnqilab komitəsi:
Nəriman Nərimanov, Mirzə Davud Hüseynov, Musabəyov, Həmid Sultanov və Əliheydər Qarayev.
Teleqramı göndərən N. Nərimanov sonralar müəmmalı şəkildə vəfat edir, silahdaşları isə isə xidmət etdikləri sovet işğal rejimi tərəfindən güllələnirlər.
Fəxrəddin ABBAS
