ELAZ.İNFO xəbər verir ki, texniki baxış üçün tələb edilən avadanlıqlarla bağlı sosial şəbəkələrdə müzakirələr olub.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə ciddi şəkildə riayət etməlidir. Həmin tələblərə əsasən, avtomobildə yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və digər zəruri avadanlıqlar daim mövcud olmalıdır.
Texniki baxış zamanı bu avadanlıqların icarəyə götürülərək sonradan geri qaytarılması kimi hallar yolverilməzdir. Qeyd olunan vasitələr yol-nəqliyyat hadisələri və digər fövqəladə hallarda insan həyatının və sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Aydan