Xocalı SOYQIRIMI GÜNÜ. Xalqımızın başı sağ olsun!
Yanvarın 1-dən dekabrın 31-nə qədər ilin hər günü Haylar (ermənilər) xalqımıza, ümumiyyətlə qarşı pislik, qırğın, təcavüz, faciə, haqsızlıq, soyqırım törətmişlər. Ona görə yox ki, biz zəif, qorxaq millətik. Atalar misalında düz deyilib; “ARXALI KÖPƏK QURD BASAR!” Bütün xarici güclər Türk dövlətlərini özlərinə güclü rəqib bildikləri üçün hər zaman Haylardan (ermənilərdən) istifadə edib Türklərin üstünə salıblar. Bizi hər zaman zəif və asılı saxlamaq ümün ermənilərdən hər cür istifadə ediblər. Torpağıızı onlara “vətən” edib bizə düşmən edib üstümüzə saldılar. Bu geosiyasi mübarizələrin, imperialist müharibələrin ən iyrənc formasıdır! Bəli Rusiya İmperiyası bizə qarşı belə bir iyrənc siyasət aparıb.
Bu iyrənc siyasət ona görə baş tutub ki, BİRLİYİMİZ, olmayıb! DÖVLƏTİMİZ olmayıb! Bu ən alçaq siyasət ona görə baş tutub ki, xarici güclər müxtəlif təxribatlarla dünya səviyyəli hökmdarımız Nadir şaha sui-qəst edə bilib! Ona görə bu iyrənc siyasəti həyata keçirə biliblər ki, ölkəmizi birləşdirməyə başlayan böyük hökmdarımız Ağa Məhəmməd Şah Qacara Sui-qəst edə biliblər! Biz dövlət başcılarımızı qoyuya bilmədik. Bu sui-qəstlər xarici güclərin planlı təhrikləri ilə öz şərəfsizlərimiz tərəfindən törədilib. Xarici güclərin Ölkmizə, xalqımıza qarşı iyrənc, ən alcaq siyasəti ona görə baş tutdu ki, biz xanlıqlara parcalandıq. Biz birləşə bilmədik! Biz bütöv dövlət ola bilmədik! Bilin ki, DÖVLƏTSİZ XALQ, YETİM UŞAQ KİMİDİR!
Ona görə də bundan sonra bir daha bəlaların, faciələrin olmaması üçün, DÖVLƏTİMİZİ HƏR ZAMAN QORUMALIYIQ, GÜCLƏNDİRMƏLİYİK! Dünyada xüsusi hörmətə və ehtirama malik olan ölkə Rəhbərinin, Prezidentin ətrafında hər zaman birləşməliyik!
Tahir Ələkbərov