Milli təhlükəsizlikdən bazar maraqlarına keçidin nəticəsi

“Təhsilin taleyi – dövlətin taleyidir- o, zənginləşmə vasitəsi deyil…”
“Təhsil millətin özünüyaşatma mexanizmidir…”
“Təhsil sistemindəki bugünkü durum səhiyyə sistemi ilə, “TƏBİB”lə, AAYDA ilə analoji haldadır…”
“Əgər məqsəd güclü dövlət, sağlam cəmiyyət, rəqabətli iqtisadiyyat, müasir elm və texnologiya yaratmaq, postneft dövrünə hazırlıqlı keçiddirsə, təhsildə qayda qanun yaradılmalıdır, kadr və maliyyə siyasətində şəxsi yox, milli maraqlar önə çəkilməlidir. Pedaqoji liderlik bərpa edilməli, kadr siyasətində peşəkarlıq əsas olmalı, maliyyə siyasəti strateji investisiya məntiqinə keçməli, məktəb rəhbərliyi inzibati nəzarətdən pedaqoji missiyaya yönəlməlidir…”
“Təhsil – sistem yaradan qüvvədir, o, sistemdən qazanc götürən mexanizm ola bilməz. Təhsil hər hansı bir xidmət sektoru deyil. O, dövlətin strateji dayağı, millətin mədəni yaddaşı, iqtisadiyyatın intellektual mühərriki, ordunun düşüncə bazası, elmin və texnologiyanın təməlidir. Təhsilin keyfiyyəti zəiflədikdə təkcə məktəb zəifləmir – dövlət zəifləyir, dil zəifləyir, düşüncə zəifləyir.

İlham Əhmədov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights