Rusiya 500 milyon avro dəyərində Hava Hücumundan Müdafiə Sistemləri Göndərəcək.
ELAZ.İNFO xəbər verir ki, Financial Times qəzetinin əldə etdiyi məlumata görə, 2025-ci ilin dekabr ayında Moskvada İran və Rusiya arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Rusiyanın üç il ərzində İrana 500 ədəd “Verba” portativ buraxılış qurğusu və 2500 ədəd “9M336” tipli raket göndərməsi gözlənilir.
Təxminən 500 milyon avro dəyərində olan müqaviləyə əsasən, raketlərin 2027-2029-cu illər arasında üç ayrı mərhələdə İrana çatdırılması planlaşdırılır.
Digər tərəfdən, bəzi mənbələr bəzi sistemlərin planlaşdırılan cədvəldən əvvəl İrana çatdırılmış ola biləcəyini bildiriblər.
İddia olunur ki, Tehran administrasiyası bu müdafiə sistemlərini 2025-ci ilin iyul ayında, İsrail və ABŞ-ın 2025-ci ilin iyun ayında İrana hücumlarından və 12 günlük müharibədən sonra Rusiyadan rəsmi olaraq istəyib.
Qeyd edilib ki, İran bu hücumlardan sonra strateji obyektlərini qorumaq üçün müdafiə qabiliyyətlərini artırmaq üçün bu addımı atıb.
Yeri gəlmişkən qeyd edək ki, “Verba” Rusiyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri kimi tanınır. Bu sistem qanadlı raketlərə və aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektiv şəkildə istifadə edilə bilər.
İlahə BAYINDIR