Yüksək rütbəli məmurlar rüşvət ittihamı ilə saxlanılıb

Vladivostokda Federal Yer Təkindən İstifadə Agentliyinin (Rosnedra) Uzaq Şərq Federal Dairəsi üzrə idarəsinin rəhbəri Dmitri Sukanov və onun müavini Artem Neveselıy saxlanılıb. Onlar külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

ELAZ.İNFO xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı məlumata görə, hər iki vəzifəli şəxs hazırda müvəqqəti saxlama təcridxanasındadırlar. İlkin araşdırmalara görə, saxlanılan şəxslər kəşfiyyat işləri üçün lisenziyaların verilməsi müqabilində sahibkarlardan külli miqdarda rüşvət tələb etməkdə ittiham olunurlar. Xatırladaq ki, həbslərdən bir qədər əvvəl idarənin Vladivostokdakı ofisində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı axtarışlar həyata keçirilmişdi.

Rusiyanın müxtəlif regionlarında son həftələr ərzində vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatları intensivləşib. Sukanov və Neveselıyın işi üzrə istintaq hərəkətləri davam etdirilir və onlara qarşı rəsmi ittihamın yaxın saatlarda irəli sürüləcəyi gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights