Sumqayıtda faciə: yolu keçmək istəyən kişi avtomobilin altında qaldı


ELAZ.İNFO-nun müxbirinin verdiyi xəbərə görə dünən axşam gecə saatlarında Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəza bir insanın həyatına son qoyub.
Hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən kişini vurub. Zərbədən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisənin dəqiq səbəbləri və qəzanın hansı şəraitdə baş verdiyi hazırda araşdırılır.
İslam MAHMUDOV
21





