132 kiloqram narkotik, 6080 həb: Böyük əməliyyatın detalları

25.09.2026

ELAZ.İNFO xəbər verir ki, bir neçə rayonun adının keçdiyi narkotik əməliyyatı nəticəsində böyük həcmdə narkotik vasitə dövriyyədən çıxarılıb. Əməliyyatın miqyası aşkarlanan maddələrin miqdarı ilə yanaşı, saxlanılan şəxslərin xaricdəki narkotacirlərlə əlaqəsi ilə də diqqət çəkib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi tədbirlər Bakı ilə yanaşı, Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarını əhatə edib.

Əməliyyatlar zamanı altı nəfər saxlanılıb. Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Araşdırma nəticəsində saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin göstərişləri əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁17
Teqlər: