ELAZ.İNFO xəbər verir ki, Göyçaylı sahibkar Prezidentə müraciət etdi.
Göyçaylı sahibkar, özünün sosial şəbəkə hesabından cənab Prezidentə açıq müraciət edir. Sahibkar Çingiz, illərdir bu dövlətə sadiq qalan, qanunlara hörmət edən, ölkə rəhbərliyini dəstəkləyən bir iş adamı kimi fəaliyyət göstərdiyini vurgulayır.. Heç vaxt dövlətinə, xalqına, vətəninə qarşı çıxmayıb, əksinə, daim yanında olduğunu qeyd edir..
Sahibkar Çingiz, qeyd edir ki,”artıq bu gün elə bir vəziyyət yaranıb ki, artıq dözüm həddi bitib.Aidiyyatı və yerli məmurlar susur, problemlərə göz yumur, hətta bəzən açıq-aşkar yalanlarla məsələni ört-basdır etməyə çalışırlar. Sahibkarın haqqı tapdanır, zəhməti heçə sayılır, kömək etmək istəmirlər, yardım göstərməkdən boyun qaçırırlar.”
Sözardı: Kiçik və orta sahibkara qarşı edilən haqsızlıq, əslində dövlətə vurulan zərbədir.
N.B