Ölkə ərazisində yağıntılı hava avqustun 17-dək davam edəcək

Ölkə ərazisində yağıntılı hava avqustun 17-dək davam edəcək

ELAZ.İNFO xəbər verir ki, ölkə ərazisində yağıntılı hava avqustun 17-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

elaz.info

Bizi izləyin və paylaşın