Ronaldunun bioloji yaşı açıqlanıb

Portuqaliya millisinin və “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştianu Ronaldunun bioloji yaşı 28-dir. ELAZ.İNFO xəbər verir ki, xəbər verir ki, bu barədə “Whoop” “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Artıq futbolçunun özü də bu nəşrə cavab verib. “Məlumatlar yalan deyil”, – deyə portuqaliyalı yazıb. Noyabrın 23-də Ronaldu Səudiyyə Ərəbistanı liqasının matçında karyerasının 954-cü qolunu vurub.

Ronaldu milli komandaların, Avropa çempionatlarının və Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qol vuran ilk oyunçudur. Portuqaliyalı beş dəfə Çempionlar Liqasının, 2016-cı il Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. Ronaldu 2006-cı ildən 2022-ci ilə qədər ardıcıl beş dünya çempionatında qol vuran yeganə oyunçu olaraq qalır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights