Qarşıdurma müharibəyə çevrilə bilərmi?

Bunu zaman göstərəcək

ELAZ.İNFO, BAKI, 08.05.2025.

ELAZ.İNFO xəbər verir ki, 8 May 2025: Pakistan Hindistana məxsus 25 dronu vurduğunu və 5 döyüş təyyarəsini məhv etdiyini iddia edir. Hindistan isə bu iddiaları rədd edir və öz növbəsində Pakistanın dron və raket hücumlarını S-400 hava müdafiə sistemi ilə dəf etdiyini bildirir.

Tərəflərin İddia Etdiyi Tələfatlar

Hindistanın iddiaları:

100-dən çox terrorçunun, o cümlədən “Jaish-e-Mohammed” lideri Əbdül Rauf Azharın öldürüldüyü.

15 mülki vətəndaşın həlak olduğu, 43 nəfərin yaralandığı.

Öz hərbi aviasiyasının itki vermədiyi. 

31 mülki vətəndaşın öldüyü, 57 nəfərin yaralandığı.

40-50 Hindistan əsgərinin həlak olduğu.

3 Rafale, 1 MiG-29, 1 Su-30 döyüş təyyarəsi və 1 pilotsuz uçuş aparatının vurulduğu.  

ABŞ Prezidenti Donald Tramp: Hindistan və Pakistan arasında vasitəçilik təklif edib və hər iki tərəfi təmkinli olmağa çağırıb.

Avropa İttifaqı və digər beynəlxalq aktorlar: Tərəfləri gərginliyi azaltmağa və dialoqa çağırır.

Beynəlxalq aviasiya: Hindistan və Pakistanın hava məkanlarının bağlanması nəticəsində bir çox beynəlxalq uçuşlar ləğv edilib və ya marşrutları dəyişdirilib. 

Pakistanın iddiaları:

Hazırkı vəziyyət Hindistan və Pakistan arasında son illərin ən ciddi hərbi qarşıdurmasıdır və nüvə silahlarına sahib iki ölkə arasında tammiqyaslı müharibə riskini artırır. Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir və hərbi əməliyyatları davam etdirir. Beynəlxalq ictimaiyyətin vasitəçilik səylərinə baxmayaraq, tərəflər arasında gərginlik hələ də yüksək səviyyədədir.

Sakit MALİKOV

Verified by MonsterInsights