“Müzəffər Ali Baş Komandana, Ordu Generallarına və Xalqımıza eşq olsun!”

Azərbaycan dövlətçilik tarixinin qəhrəmanlıq salnaməsi, milli qürur və şərəf rəmzimiz olan 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizin hər bir guşəsində, eləcə də dünya azərbaycanlıları arasında sonsuz fəxarət hissi ilə qeyd olunur. Müasir müstəqil Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü canı və qanı bahasına bərpa edən rəşadətli ordumuz bu gün qlobal miqyasda ən hazırlıqlı və qüdrətli silahlı birləşmələrdən biri statusunu daşıyır.

ELAZ.İNFO informasiya portalının çoxsaylı kollektivi və geniş oxucu ailəsi adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dövlətimizə, ordumuza və xalqımıza ünvanlanmış geniş təbrik mətnini təqdim edirik:

“Bu gün xalq olaraq tariximizin ən uca, ən qürurlu dövrünü yaşayırıq. Bizə bu unudulmaz tarixi Qələbə günlərini, Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş bütün doğma torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın ucalığını bəxş edən şanlı Silahlı Qüvvələr gününüz mübarək olsun!

ELAZ.İNFO ailəsi olaraq: İlk növbədə, Azərbaycan Ordusunun bu qüdrətli səviyyəyə çatmasında, işğala son qoyulmasında misilsiz xidmətləri olan, hər bir addımı ilə xalqına zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevi Silahlı Qüvvələr Günü münasibətilə dərin ehtiramla təbrik edir, dövlətimizin daha da qüdrətlənməsi yolundakı ali fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq!

Ordumuzun quruculuğunda, idarə olunmasında və tarixi əməliyyatların zəfərlə başa çatmasında yüksək peşəkarlıq nümayiş etdirən Müdafiə nazirini, bütün ordu generallarımızı, yüksək rütbəli zabit heyətimizi ürəkdən təbrik edirik. Sizin strateji rəhbərliyiniz və hərbi elminiz sayəsində Azərbaycan əsgəri dünyaya dastan yazdı! Səngərdə, postda, vətən keşiyində duran hər bir rəşadətli zabit, gizir və əsgərimizə – bu ordunun hər bir fərdinə möhkəm cansağlığı, polad kimi iradə və şərəfli xidmətlərində uğurlar diləyirik. Siz bizim baş ucalığımız, güvənc yerimizsiniz!

Ulu Tanrıdan canlarını vətən torpağı, millətin namusu naminə fəda etmiş əziz və unudulmaz şəhidlərimizə rəhmət, onların bizə əmanət olan ailələrinə səbir, qəhrəman qazilərimizə isə xüsusi şəfalar və uzun ömür diləyirik.

Müzəffər ordunun qürurlu və dəmir yumruq kimi birləşmiş Uca Xalqını təbrik edirik! Silshli qüvvələr günü hər birimizin evində, qəlbində böyük coşqu ilə qeyd olunmağa layiqdir.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın