Kaspiyskdəki partlayışlar Ukraynanın bölgəyə dron hücumu nəticəsində baş verib

ELAZ.İNFO xəbər verir ki, Kaspiyskdəki partlayışlar Ukraynanın bölgəyə dron hücumu nəticəsində baş verib.

Zərbə dalğası zədələnmiş çoxmərtəbəli binanın sakinlərinin pəncərələrini sındırıb.

Dağıstan qubernatoru Sergey Melikovun sözlərinə görə, həmin vaxt Kaspiysk üzərində düşmənin dron hücumunun qarşısı alınıb.

Təcili yardım xidmətləri hadisə yerində işləyir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir.

Bölgədə dron xəbərdarlığı tətbiq olunub.

Məlumat üçün bildirək ki, yerli sakinlərin sınmış pəncərələrindən əlavə, çoxmərtəbəli binanın həyətindəki onlarla avtomobilə də ziyan dəyib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights