ABŞ və İran arasında şiddətli toqquşmalar: Hürmüz boğazında gərginlik pik həddə çatdı

İran XİN Müavini ABŞ-nin Hörmüz Boğazı İlə Bağlı Bəyanatını “Səfehlik Və Qarabasma” Adlandırıb

İran Xarici İşlər Nazirinin müavini Kazem Qəribabadi ABŞ-nin Hörmüz boğazını öz ərazisi elan etməsini Vaşinqtonun “səfehliyi və qarabasması” adlandırıb.

ELAZ.İNFO xəbər verir ki, iranlı diplomat bu barədə “X” (keçmiş Twitter) sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampın bəyanatını şərh edərkən bildirib. Qəribabadi psixoloji terminlərə istinad edərək qeyd edib: “Şizofreniya təfəkkürün pozulması və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb və kəskin psixoloji pozuntudur. Onun ən tez-tez rast gəlinən simptomları isə hallüsinasiyalar (qarabasma) və səfehlikdir”. Avqustun 22-də Donald Tramp Hörmüz boğazını artıq Birləşmiş Ştatların ərazisi hesab etdiyini bildirib. Daha sonra o, “Truth Social” sosial şəbəkəsində Hörmüz boğazının ABŞ-nin digər əraziləri ilə bərabər bu ölkəyə məxsus olduğunu göstərən xəritə görüntüsünü paylaşıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın