İran rejiminin ən böyük arzusunu Tramp həyata keçirib
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi cümə günü, 10 aprel tarixində Hörmüz boğazı ilə bağlı bildirib ki, İsrailə məxsus və ya onunla əlaqəli olan gəmilərin bu boğazdan keçidi həmişəlik qadağan ediləcək və rüsum alınacaq., mənşəyi və ya təyinatı İsrail olan bütün üzən vasitələrin keçidi də qadağan olunacaq.
Keçidi qadağan olunacaq İsrail gəmisindən neçə rüsum alınacağı maraqlı məsələdir, amma buna toxunmaq istəmirəm. Əsas məsələ başqadır.
İran ilk dəfə rüsum məsələsini qaldıranda bəzi yerli və xarici mütəxəssislər dərhal Tehran tərəfindən səslənən rəqəmlərə istinad edərək İranın Hormuz boğazından 64 milyard dollar qazanc əldə edəcəyini və bunun neft gəlirlərindən artıq olacağını iddia etməyə başladılar.
Daha əvvəl Tehran Hormuzü İranın dost elan etdiyi ölkələrin gəmiləri üçün açıq elan etmişdi, amma bu siyahıda Azərbaycanin adı çəkilmir, halbuki İran prezidenti və xarici işlər nazirliyi daim Azərbaycana tutduğu mövqeyə görə təşəkkür edir.
Nə isə. İranda onsuz da ziddiyyətlər sadalamaqla bitmir. Qayıdaq İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizinin 10 aprel tarixində Hörmüz boğazı ilə bağlı açıqlamasına. İslamabadda keçirilən görüşdə nəticə əldə olunmadiı, ABŞ isə cavab addımı olaraq Hormuzü hamı üçün, o cümlədən İran və onun dost elan etdiyi ölkələrin gəmiləri üçün bağladı. Cin tankerinin bağlı boğazdan keçməsi İran tərəfindən uydurulan növbəti dezinformasiyadır.
Hazırda son vəziyyət belədir:
Hörmüz hamı üçün tamamilə bağlıdır. İran həmişə olduğu kimi bu gün də boğazdan rüsum toplamır, Tehran dost elan etdiyi ölkələrin yanında üzü qaradır, çünki onlara verdiyi sözü yerinə yetirə, yəni bu ölkələrin gəmilərinə boğazda sərbəst naviqasiya şəraiti yarada bilmir. Hətta İran öz mülki gəmilərinin mülki yüklə boğaza giriş və çıxışını təmin edə bilmir.
Başqa sözlə desək, başqa ölkələr ilə fikir ayrılığına görə daim Hörmüz boğazını bağlamaqla hədələyən İranın rejiminin “ən böyük arzusu” həyata keçib. Bu arzunu Tramp həyata keçirib.
Tramp bu yolla həm İranı, həm onun dostlarını, həm də Hörmüzdən daha çox istifadə edən və Hormuzə hərbi qüvvə göndərməyən NATO müttəfiqlərini cəzalandırdı.
A və ya B variati məhz belə olmalıdır- əhatəli, işlək, arqumentlı, etirazlara qapalı və ən əsası da təsirli.
Hamı ABŞ -nın Hörmüz boğazını açmaq üçün addımlar atacağını gözlədiyi bir vaxtda tam əksi olan prosesləri izləyirik. İranın bu boğazı güc yolu ilə açmaq şansı yoxdur. Danışıqlar yolu boğaz açıla bilər, amma ilk növbədə zənginləşdirilmiş uran ehtiyatları ABŞ -yə təhvil verilməlidir, nüvə proqramından Tehran imtina etməlidir və Hörmüzdən keçmək üçün rüsum məsələsini unutmalıdır.
Şərtlər ağır, raketlər yaxın, ömur qısa,
Yəqin ki, Hörmüz boğazı növbəti dəfə Tramp Boğazı adı ilə açılacaq.
Ədalət VERDİYEV
Politoloq